Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Məhkəmə Trampın tariflərini qanunsuz saydı –

User 06 Avqust 2026 - 11:35 (Last updated: 06 Avqust 2026 - 10:40)
tramp tiktok

ABŞ Prezidenti Donald Trampın administrasiyası “Azadlıq Günü tarifləri” adlandırılan gömrük rüsumları çərçivəsində Amerika şirkətlərindən toplanmış təxminən 100 milyard dolları geri qaytarıb.

Bu barədə BBC News ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin məhkəməyə təqdim etdiyi sənədlərə istinadən məlumat yayıb.

Məlumata görə, geri qaytarılan vəsait hökumətin həmin tariflər hesabına əldə etdiyi ümumi gəlirin təxminən 60 faizini təşkil edir.

Bununla belə, bütün ödənişlər hələ tamamlanmayıb. Təxminən 29 milyard dollar məbləğində geri ödəniş ticarət qurumları tərəfindən yoxlanılır. Daha 1,6 milyard dolların köçürülməsi isə idxalçı şirkətlərin bank rekvizitlərini təqdim etməməsi səbəbindən gecikir.

Geri ödəniş prosesi ABŞ Ali Məhkəməsinin fevral ayında qəbul etdiyi qərardan sonra başlayıb. Məhkəmə Tramp administrasiyasının 1977-ci il tarixli Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı (IEEPA) əsasında tətbiq etdiyi genişmiqyaslı idxal tariflərini qanunsuz hesab edib.

Ağ Ev daha əvvəl bu qanunun fövqəladə vəziyyət zamanı prezidentə xarici ticarəti tənzimləmək səlahiyyəti verdiyini bildirmişdi. Lakin tətbiq edilən tariflər həm ABŞ daxilində, həm də beynəlxalq səviyyədə ciddi narazılıq doğurmuşdu.

Bir çox şirkətlər xəbərdarlıq edirdi ki, əlavə gömrük rüsumları idxal xərclərini artıracaq və nəticədə məhsulların qiymətinin bahalaşmasına səbəb olacaq.

Ali Məhkəmənin qərarından sonra iri Amerika şirkətləri artıq milyonlarla dollar geri almağa başlayıblar. Amazon şirkətinin maliyyə direktoru Brayan Olsavski bildirib ki, şirkət təkcə ikinci rübdə təxminən 600 milyon dollar geri ödəniş alıb.

Onun sözlərinə görə, bu vəsaitin bir hissəsi əlavə ödəniş etmiş müştərilərə kompensasiya kimi qaytarılacaq, qalan hissəsi isə mağazalarda qiymətlərin aşağı salınmasına yönəldiləcək.

Ekspertlər hesab edirlər ki, yeni müraciətlərə baxıldıqca və idxalçılar tələb olunan bank məlumatlarını təqdim etdikcə, ABŞ şirkətlərinə qaytarılan vəsaitin ümumi həcmi daha da artacaq.

AzPost.az

Post navigation

Previous: Pezeşkian yeni ali lider barədə danışdı –
Next: 1 milyon avro udduğu lotereya biletini zibilxanaya atdı

Oxşar xəbərlər

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
qaz kemeri
  • Dünya

ABŞ-ın təzyiqi ilə Türkiyə Türkmənistan qazından imtina edib

User 06 Noyabr 2026 - 20:36

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.