Evinin həyətində narkotik bitkilər aşkarlanıb

Şabran rayonunda narkotik tərkibli bitkilərin qanunsuz yetişdirilməsi ilə bağlı əməliyyat keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbir nəticəsində narkotik tərkibli bitkilərin qanunsuz kultivasiyasında şübhəli bilinən 60 yaşlı Sahib İbrahimov tutulub.

Polis onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirib. Yoxlama zamanı xüsusi qulluq göstərilərək yetişdirilən və ümumi çəkisi 10 kiloqram olan narkotik tərkibli kollar aşkar edilərək götürülüb.

Hadisə ilə bağlı cinayət işi açılıb. Məhkəmənin qərarı əsasında Sahib İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.