Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

300 balı “itirdi”, sonra 627 balla universitetə qəbul oldu

User 07 Sentyabr 2026 - 22:27
telebe

Ordubad rayonunun Düylün kənd tam orta məktəbinin məzunu Əhməd Hüseynov 627 balla Naxçıvan Dövlət Universitetinin (NDU) “Kompüter mühəndisliyi” ixtisasına qəbul olunub. Lakin diqqət çəkən əsas məqam təkcə onun yüksək bal toplaması deyil, imtahan qaydalarındakı xüsusi fürsətdən yararlanaraq əldə etdiyi nəticədir.

Oxu.Az “Azərbaycan müəllimi”nə istinadla xəbər verir ki, o, aprelin 19-da keçirilən buraxılış imtahanında 300 bal toplasa da, rəsmi olaraq maksimum bal toplayan məzun kimi elan olunmamışdı.

Səbəb isə abituriyentin məktəbdə tədris olunan xarici dildən fərqli bir dil üzrə imtahan verməsi idi.

DİM məsələyə aydınlıq gətirərək bildirmişdi ki, buraxılış imtahanı fənləri dedikdə tədris dili, riyaziyyat və məktəbdə tədris olunun əsas xarici dil nəzərdə tutulur:

“Əhməd Hüseynov buraxılış imtahanında Azərbaycan dili, riyaziyyat və rus dili fənləri üzrə imtahan verib. O, Azərbaycan dili və riyaziyyat fənlərinin hər biri üzrə 100 bal toplasa da, əsas xarici dil kimi imtahan verdiyi rus dilindən aşağı bal toplayıb.

H.Əhməd ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün buraxılış imtahanındakı xarici dili deyil, öz istədiyi xarici dili seçmək imkanından yararlanaraq ingilis dilini seçib və əlavə imtahan verməklə 100 bal toplayıb. Amma bu bal ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq”.

Qaydalara əsasən, bu bal onun universitet müsabiqəsində tam nəzərə alınıb. Beləliklə, buraxılış imtahanının nəticəsinə görə 300, blok imtahanından isə 327 toplayan Əhməd qəbul balını 627-yə yüksəldib. Abituriyent bu bal ilə arzuladığı ixtisasa qəbul olub.

AzPost.az

Post navigation

Previous: Məşhur aktrisa Ancelina Coli Ukraynaya gəlib
Next: Dünyada mal əti qıtlığı gözlənilir –

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.