Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Azərbaycan və Ermənistan liderlərinin son görüşü çox konstruktiv atmosferdə keçib

User 11 Sentyabr 2026 - 12:21 (Last updated: 11 Sentyabr 2026 - 12:21)
hikmet01

Azərbaycan regionumuzda davamlı sülhün bərqərar olması və möhkəmləndirilməsi üçün əlavə səylər göstərməkdə davam edəcək.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzini ziyarət edən diplomatik korpusa müraciətində deyib.

“Biz sülh şəraitində yaşamağı öyrənirik və bu istiqamətdə irəliləyirik. Anladıq ki, sülh şəraitində yaşamaq – sözlərlə izah edilə bilməyəcək qədər böyük bir hissdir. Sülh həm də yerlərdə aparılan yenidənqurma və bərpa işlərindən başlayır. Sülh yalnız qarşıdurmanın olmaması demək deyil. Sülh həm də sülh quruculuğu, yenidənqurma və bərpa prosesinə inam və etimadın formalaşdırılması deməkdir.

Mən həmçinin şadam ki, Ermənistan və Azərbaycan liderlərinin son görüşü çox konstruktiv atmosferdə keçib. Hər iki tərəf sülh gündəliyimizi daha da irəli aparmaq və iki ölkə arasında etimadı gücləndirmək, eləcə də ticarət əlaqələrini, o cümlədən iki ölkə və daha geniş region arasında bağlantı və nəqliyyat əlaqələrini inkişaf etdirmək məqsədilə ikitərəfli qarşılıqlı fəaliyyətə başlamaq barədə razılığa gəlib”, – Hikmət Hacıyev qeyd edib.

O, bununla yanaşı, üçtərəfli konsepsiyanın inkişafı ilə bağlı müsbət əlamətlərin olmasından da məmnun olduğunu bildirib və bu layihənin həyata keçirilməsinə tam sadiqlik nümayiş etdirdikləri üçün amerikalı tərəfdaşlara minnətdarlığını ifadə edib.

AzPost.az

Post navigation

Previous: Kinematoqrafçılar İttifaqına sədr seçkisi keçirilir
Next: Şəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqının sədri seçildi

Oxşar xəbərlər

hikmet01
  • Siyasət

“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev

User 26 Oktyabr 2026 - 17:45
ilham maratinos
  • Siyasət

İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

User 26 Oktyabr 2026 - 13:47
ilham iet
  • Siyasət

İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib

User 26 Oktyabr 2026 - 13:33

xƏBƏR

mekke-sazisi
  • Dünya

İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib

User 26 Oktyabr 2026 - 20:02
Tehranda İran, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək səviyyəli rəsmiləri arasında keçirilən görüşdə bəyanat qəbul edilib. Bu...
Read more about İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib
Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO elmar esas
  • Sosial

Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO

User 26 Oktyabr 2026 - 19:03
“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev hikmet01
  • Siyasət

“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev

User 26 Oktyabr 2026 - 17:45
Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı? tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.