Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Lənkəran Dövlət Universitetində yeni tədris ilinə start verildi

User 15 Sentyabr 2026 - 16:48 (Last updated: 15 Sentyabr 2026 - 16:54)
17753530-78a3-4410-ac30-2d2d73d0f136

Lənkəran Dövlət Universitetində (LDU) yeni-2026-2027-ci tədris ilinin başlanması münasibətilə bütün tədris korpuslarında tədbirlər keçirilib. 2 saylı tədris korpusunda keçirilən tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə start götürüb. Sonra Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

LDU-nun rektoru, professor Natiq İbrahimov universitetin professor-müəllim-tələbə heyətini, I tədris ili tələbələrini, valideynləri yeni tədris ilinin başlanması və Bilik Günü münasibəti ilə təbrik edərək xoş arzularını bildirib. Universitetin rektoru I tədris ili tələbələrinə  seçimlərində yanılmadıqlarını, bu ali təhsil ocağında kamil mütəxəssis kimi yetişmələri üçün hər cür şəraitin yaradıldığını, universitetdə lazımi qayğı ilə əhatə olunacaqlarını deyib. Ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından, prezident İlham Əliyevin bu sahəyə yüksək diqqətindən söz açan professor Natiq İbrahimov LDU-da son illərdə aparılan çox istiqamətli işlərdən söz açarkən universitetdə   tələbə yataqxanalarının olmasını, modern tədris laboratoriyalarının quraşdırılmasını, xarici universitetlərlə beynəlxalq əlaqələrin genişləndirilməsini, ixtisaslaşmış elmi kadrların hazırlanmasını bu ali təhsil ocağının inkişafında mühüm istiqamət kimi dəyərləndirib. Prof. Natiq İbrahimov oğlanlar üçün 250 yerlik, qızlar üçün 160 yerlik tələbə yataqxanalarında hər cür şəraitin yaradıldığını valideyn və tələbələrin diqqətinə çatdırıb. Rektor bütün tələbə və müəllimlərə yeni tədris ilində uğurlar arzu edib.

LDU-ya yüksək balla daxil olmuş tələbələrin bir qrupu hədiyyələrlə mükafatlandırılıb. Mükafatlandırılanlar arasında Qazaxıstan Respublikasının Atırau Dövlət Universitetinin təhsillərini bu il LDU-da davam etdirəcək tələbələri də olub.

Xarici dil müəllimliyi ixtisasının I tədris ili tələbəsi Ofelya Məhərrəmova, valideyn Vüsalə İbrahimova çıxış edərək yeni tədris ilinin başlanması və Bilik Günü münasibətilə tələbə və müəllimləri təbrik ediblər.

Sonra professor Natiq İbrahimov LDU-ya yeni qəbul olunmuş tələbələr və onların valideynləri ilə söhbətləşib, arzu və təkliflərini dinləyib.

 

AzPost.az

Post navigation

Previous: Sahibkarlar üçün KSM üzrə onlayn seminar təşkil olunub
Next: Prezident TDT və Qafqaz xalqlarının dini rəhbərlərini qəbul edib

Oxşar xəbərlər

hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
xalca sexi
  • Sosial

Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb

User 31 Oktyabr 2026 - 12:16
aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10

xƏBƏR

moped
  • Kriminal

Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü

User 31 Oktyabr 2026 - 14:17
Azərbaycanda bir gün ərzində moped və velosiped idarə edən iki gəncin yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirməsi ikitəkərli...
Read more about Moped və velosiped faciəsi – 17 yaşlı gənc və Ülfət Hüseynov öldü
Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL islahat
  • Baş Yazı

Son 10 ildə vətəndaşın həyatını dəyişən 10 dövlət layihəsi – xalq üçün nə dəyişdi? / TƏHLİL

User 31 Oktyabr 2026 - 14:03
Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək? Azərbaycanda vəkillərin
  • Baş Yazı

Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?

User 31 Oktyabr 2026 - 13:43
Noyabrın 1-nə olan hava proqnozu hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
60 il əvvəl İlk video telefon belə görünürdü – İlk aparatın 100 illik sirri / FOTOXRONİKA video telefon 1960
  • Maraqlı

60 il əvvəl İlk video telefon belə görünürdü – İlk aparatın 100 illik sirri / FOTOXRONİKA

User 31 Oktyabr 2026 - 12:43
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.