Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

LDU və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi birgə kadr hazırlığına başladı

User 18 Sentyabr 2026 - 10:18
3cb6d09b-f37d-4909-9af7-6566318eccde (1)

Lənkəran Dövlət Universiteti və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin professor-müəllim və tələbə heyətinin iştirakı ilə baytarlıq və heyvandarlıq istiqamətində ilk birgə tanışlıq dərsi təşkil olunub.Tədbirdə iki müəssisə arasında mövcud olan tərəfdaşlıq çərçivəsində icra edilən innovativ layihələrin hazırkı vəziyyəti və gələcək perspektivləri ətraflı şəkildə təhlil edilib.

Görüşü LDU-nun Tədris məsələləri üzrə prorektor vəzifəsini icra edən dosent Zaur Məmmədov açıb və  regionda keyfiyyətli mütəxəssis yetişdirilməsinə dəstək məqsədilə həyata keçirilən birgə layihələrin strateji əhəmiyyətindən danışıb. Bildirib ki, ölkəmizdə ilk dəfə olaraq ali və peşə təhsili müəssisələri kənd təsərrüfatı sahəsində, xüsusilə də heyvandarlıq istiqaməti üzrə müştərək kadr hazırlığına start verirlər. Zaur Məmmədov qeyd edib ki, təhsilin ali və peşə pillələri arasında qurulan bu yeni körpü həm Lənkəran–Astara iqtisadi regionu, həm də hər iki müəssisə üçün konkret və praktiki üstünlüklər vəd edir. Prorektor bu əməkdaşlığın subbakalavrların ali təhsilə daha rahat keçid etməsinə, müasir laboratoriyalara və texnologiyalara birbaşa çıxış qazanmasına, həmçinin əmək bazarının müasir tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasına böyük töhfə verəcəyini diqqətə çatdırıb. O, həmçinin bu addımın müştərək aqrar layihələrin icrası və müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması baxımından da müstəsna rol oynayacağını vurğulayıb.

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Afər Kərimov isə öz çıxışında bu mühüm elmi-təcrübi tərəfdaşlığa görə universitet rəhbərliyinə xüsusi minnətdarlığını ifadə edib. Direktor rəhbərlik etdiyi mərkəzin tələbələri üçün universitetin geniş təlim-təcrübə bazasından istifadə imkanlarının yaradılmasını və ustad dərslərinin təşkilini yüksək qiymətləndirib. Afər Kərimov vurğulayıb ki, bu sıx əlaqələr mərkəzin statusunu, təhsil keyfiyyətini və cəlbediciliyini artıran strateji bir addımdır.Mərkəzin rəhbəri əlavə edib ki, qurulan sıx inteqrasiya sayəsində regionda peşə təhsilinin cəmiyyətdəki nüfuzu daha da yüksələcək. Onun sözlərinə görə, layihə çərçivəsində məqsəd sadəcə texniki işçi qüvvəsi formalaşdırmaq deyil, geniş elmi dünyagörüşünə və müasir texnoloji biliklərə malik mütəxəssislər yetişdirməkdir. Direktor bu birgə fəaliyyətin gələcəkdə bölgənin ümumi iqtisadi inkişafına, xüsusilə də aqrar innovasiyalar və informasiya texnologiyaları sahələrinə böyük töhfə verəcəyinə əminliyini bildirib.

Görüşün rəsmi hissəsi yekunlaşdıqdan sonra Peşə Təhsil Mərkəzinin müəllim və tələbə heyəti LDU-da akademik ezamiyyətdə olan Xorvatiya Respublikasının Zaqreb Universitetinin Baytarlıq Təbabəti Fakültəsinin əməkdaşı, assistent professor Drajen Curiçiçin keçdiyi xüsusi ustad dərsində iştirak ediblər.

Dərsin ardınca qonaqlar universitetin ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş Baytarlıq klinikasına və yeni tədris laboratoriyalarına baş çəkiblər. Tələbələr və müəllimlər klinikadakı real iş prosesi, heyvanların müayinəsi və cərrahiyyə şəraiti ilə yaxından tanış olublar. Ekskursiya müddətində tələbələri maraqlandıran suallar universitetin aparıcı mütəxəssisləri tərəfindən ətraflı şəkildə cavablandırılıb.

Qeyd edək ki, bundan sonra Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin baytarlıq ixtisası üzrə təhsil alan tələbələri öz praktiki dərslərini daimi olaraq həftədə bir dəfə universitetin müasir baytarlıq klinikasında və təcrübə laboratoriyalarında keçəcəklər.

Xatırladaq ki, Lənkəran Dövlət Universiteti və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi  arasında 5 illik rəsmi əməkdaşlıq müqaviləsi imzalanıb. LDU-nun rektoru, professor Natiq İbrahimovun iştirakı ilə keçirilən rəsmi işgüzar görüşdə ali və peşə təhsili sistemlərinin inteqrasiyası və gələcək innovativ layihələrin perspektivləri müzakirə olunub və əməkdaşlıq üzrə xüsusi İşçi Qrupu yaradılıb.

AzPost.az

Post navigation

Previous: Neftin qiyməti 3 gündür ucuzlaşır
Next: ABŞ Səudiyyə Ərəbistanına 48 F-35 satır

Oxşar xəbərlər

Pensiyaçı
  • Sosial

65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır

User 02 Noyabr 2026 - 22:45
avto cin
  • Sosial

Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur

User 02 Noyabr 2026 - 22:28
qida zerer
  • Sosial

Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun

User 02 Noyabr 2026 - 21:56

xƏBƏR

Əraqçi
  • Dünya

İran ABŞ-a xəbərdarlıq etdi – “Hücum etsələr, daha sərt cavab alacaqlar”

User 02 Noyabr 2026 - 23:22
“Biz dəfələrlə bəyan etmişik ki, güc yolu ilə özümüzü müdafiə etməyə tam hazırıq. Eyni zamanda, danışıqlar vasitəsilə...
Read more about İran ABŞ-a xəbərdarlıq etdi – “Hücum etsələr, daha sərt cavab alacaqlar”
65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır Pensiyaçı
  • Sosial

65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır

User 02 Noyabr 2026 - 22:45
Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur avto cin
  • Sosial

Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur

User 02 Noyabr 2026 - 22:28
Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun qida zerer
  • Sosial

Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun

User 02 Noyabr 2026 - 21:56
Pensiyaya çıxarkən ali təhsil və hərbi xidmət illəri staja daxil edilir? herbci
  • Sosial

Pensiyaya çıxarkən ali təhsil və hərbi xidmət illəri staja daxil edilir?

User 02 Noyabr 2026 - 21:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.