Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri Qarabağ, Naxçıvan və Xəzərdə təlim keçirəcək

User 18 Sentyabr 2026 - 17:49 (Last updated: 18 Sentyabr 2026 - 17:49)
Təlim

Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçiriləcək.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, üç mərhələdən ibarət olan təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən “Qızılqaya” Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən “Qarabağlar” Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin ölkəmizə aid akvatoriyasında yerləşən “Böyük Zirə” təlim rayonunda təşkil olunacaq.

Şəxsi heyət, döyüş texnikaları, dəniz və aviasiya vasitələrinin, eləcə də pilotsuz uçuş aparatlarının cəlb edilməsi ilə keçiriləcək təlimin əsas məqsədi birgə əməliyyatlara hazırlıq səviyyəsinin artırılması, qoşunların koordinasiyasının və təlim prosedurlarının standartlaşdırılması, eləcə də bölmələrin yeni döyüş imkanlarının təkmilləşdirilməsidir.

Təlimdə iştirak etmək məqsədilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti və aviasiya vasitələri ölkəmizə gəliblər.

Müvafiq plana uyğun olaraq, şəxsi heyətin yerləşdirilməsi və digər təşkilati məsələlərlə bağlı lazımi tədbirlər icra olunub.

AzPost.az

Post navigation

Previous: Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib
Next: Rəsmi Bakı Fransanın Azərbaycana səyahət xəbərdarlığını rədd edir

Oxşar xəbərlər

DIN
  • Sosial

Azərbaycanda bir gündə 50 nəfər saxlanıldı – 122 axtarışda olan şəxs tutuldu

User 03 Noyabr 2026 - 10:03
Pensiyaçı
  • Sosial

65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır

User 02 Noyabr 2026 - 22:45
avto cin
  • Sosial

Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur

User 02 Noyabr 2026 - 22:28

xƏBƏR

neft iran bazar02
  • Baş Yazı

ABŞ–İran davası nefti 105 dollara yaxınlaşdırdı – Azərbaycan nə qazanacaq, əhali nə itirə bilər?

User 03 Noyabr 2026 - 10:30
Yaxın Şərqdə ABŞ və İran arasında hərbi qarşıdurmanın yenidən kəskinləşməsi dünya neft bazarında qiymətləri artırır. Brent markalı...
Read more about ABŞ–İran davası nefti 105 dollara yaxınlaşdırdı – Azərbaycan nə qazanacaq, əhali nə itirə bilər?
Azərbaycanda bir gündə 50 nəfər saxlanıldı – 122 axtarışda olan şəxs tutuldu DIN
  • Sosial

Azərbaycanda bir gündə 50 nəfər saxlanıldı – 122 axtarışda olan şəxs tutuldu

User 03 Noyabr 2026 - 10:03
ABŞ İrandakı hücumlarını gizli saxlayır – Qeşm adasına zərbə endirildi abs zerbe iran
  • Dünya

ABŞ İrandakı hücumlarını gizli saxlayır – Qeşm adasına zərbə endirildi

User 03 Noyabr 2026 - 10:00
Bürclər üçün 3 noyabr proqnozu – Kimləri sevgi, kimləri pul gözləyir? burcler
  • Maraqlı

Bürclər üçün 3 noyabr proqnozu – Kimləri sevgi, kimləri pul gözləyir?

User 03 Noyabr 2026 - 09:56
ABŞ-da təyyarə qəzası – Milyonçu, arvadı və azyaşlı uşaqları öldü teyyare qeza
  • Dünya

ABŞ-da təyyarə qəzası – Milyonçu, arvadı və azyaşlı uşaqları öldü

User 03 Noyabr 2026 - 09:50
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.