Zelenski və Merts razılığa gələ bilməyiblər

Almaniya Kansleri Fridrix Merts və Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər.

Bu barədə “Politico” nəşri mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, Merts Ukraynanın yaxın illərdə Aİ-yə qəbul olunacağına şübhə ilə yanaşaraq Kiyevə təşkilatın vahid bazarına çıxış və Aİ institutlarında səsvermə hüququ olmayan müşahidəçi statusu təklif edib.

Zelenski isə bu təklifi qəbul etməyərək Ukraynanın Aİ-də tam və bərabərhüquqlu üzvlüyə ehtiyacı olduğunu bildirib.

Qeyd edək ki, Ukrayna 2022-ci ildən Aİ-yə namizəd ölkə statusuna malikdir. Üzvlüklə bağlı danışıqlar davam edir, lakin proses ölkənin Aİ-yə qəbul olunacağına zəmanət vermir və konkret müddət müəyyən etmir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.