Almaniyanın keçmiş kəşfiyyat rəhbəri saxlanıldı– Dövlətə xəyanətdə şübhəli bilinir

Almaniyanın keçmiş kəşfiyyat rəhbəri Auqust Haninq casusluqda şübhəli bilinərək saxlanılıb.

Bu barədə ölkənin Federal Prokurorluğu məlumat yayıb.

Prokurorluğun məlumatına görə, Haninq, xüsusilə, dövlətə xəyanətə cəhd etməkdə və xarici dövlətin maraqları naminə gizli kəşfiyyat fəaliyyəti aparmaqda şübhəli bilinir.

Bir sıra Almaniya KİV-lərinin məlumatına görə, bu işdə söhbət Rusiyaya əlaqələrdən getmir.

Haninq 1998-2005-ci illərdə Almaniyanın Federal Kəşfiyyat Xidmətinə (BND) rəhbərlik edib. Daha sonra o, Almaniya Federativ Respublikasının Daxili İşlər Nazirliyində dövlət katibi vəzifəsini tutub.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.