Əraqçi İranın ABŞ-ın təklifinə bir neçə gün ərzində cavab verəcəyini bildirib

İran ABŞ-ın təklifinə bir neçə gün ərzində cavab verəcək.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi bu gün jurnalistlərə açıqlamasında İran-ABŞ danışıqlarının son vəziyyəti barədə danışarkən deyib.

Əraqçi bildirib ki, danışıqlar prosesi davam edir və vasitəçilər tərəflər arasında mesaj mübadiləsi aparır.

“Biz “yeddi günlük plan” adlandırdığımız təklifimizi təqdim etdik və ABŞ-ın buna dair mövqeyini dinlədik”, – nazir bildirib.

İranın xarici işlər naziri qeyd edib ki, hazırda ABŞ-ın mövqeyi nəzərdən keçirilir.

“Düşünürəm ki, qarşıdakı bir neçə gün ərzində cavabımızı təqdim edəcəyik”, – Əraqçi vurğulayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.