Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

QHT nümayəndələri üçün KSM üzrə təlim keçirilib

User 24 Sentyabr 2026 - 16:43 (Last updated: 19 Oktyabr 2026 - 10:45)
WhatsApp Image 2026-10-19 at 10.39.43 (1)

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi (İB) tərəfindən icra olunan “QHT–Biznes tərəfdaşlığının gücləndirilməsi: sosial məsuliyyət üçün birgə təşəbbüslər” layihəsi çərçivəsində növbəti tədbir baş tutub.

Azərbaycan təcrübəsində ilk dəfə olaraq 23 sentyabr 2026-cı il tarixində Bakı şəhərində QHT təmsilçiləri üçün “KSM Strategiyasına uyğun layihə təkliflərinin hazırlanması” mövzusunda oflayn təlim təşkil edilib.
Təlimdə 20 nəfər QHT nümayəndəsi iştirak edib. Tədbiri giriş sözü ilə açan “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB-nin layihə hüquqşünası Şahin Nəsrullayev layihənin məqsədi, biznes və vətəndaş cəmiyyəti institutları arasında dialoqun genişləndirilməsinin əhəmiyyəti barədə məlumat verib. O bildirib ki, layihənin əsas məqsədlərindən biri QHT-lərin Korporativ Sosial Məsuliyyət (KSM) sahəsində bilik və səriştələrini artırmaq, onları şirkətlərlə birgə sosial təşəbbüslər həyata keçirməyə hazırlamaqdır.

Daha sonra iştirakçıların KSM və ESG üzrə bilik səviyyəsini yoxlamaq məqsədilə ilkin qiymətləndirmə (Pre-test) aparılıb və əsas sessiyalara başlanılıb.
Təlimçi, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (AFchamber) İdarəedici Direktoru, KSM və dayanıqlılıq üzrə tanınmış ekspert Ceyhun Atayev iştirakçılara geniş təqdimatla çıxış edib. C.Atayev çıxışında müasir biznes idarəçiliyində KSM və ESG standartları, şirkətlərin vətəndaş cəmiyyətindən gözləntiləri, eləcə də beynəlxalq təcrübədə tətbiq olunan ortaq sosial təsir modelləri haqqında ətraflı məlumat verib.

Ekspert xüsusilə vurğulayıb ki, korporativ sektora müraciət edərkən ənənəvi qrant yanaşmasından strateji tərəfdaşlığa keçilməlidir. Təqdimat zamanı layihə təklifinin strukturlaşdırılmasında mühüm olan təməl suallar — layihənin mahiyyəti, benefisiarlar, həm cəmiyyət, həm də sponsor üçün faydası, icra qrafiki, büdcəsi və icraçı komandanın səriştəsi ətrafında praktiki izahlar verilib. Təlim iştirakçıları biznes dili ilə təklif paketlərinin hazırlanması, investisiya arqumentlərinin qurulması və ölçülə bilən sosial təsir (KPI) göstəricilərinin müəyyənləşdirilməsi metodları ilə tanış olublar.
Günün ikinci yarısında beynəlxalq sosial məsuliyyət və icma layihələri üzrə uğurlu nümunələr nəzərdən keçirilib, QHT-lərlə birgə layihə dizaynı (co-creation) mexanizmləri interaktiv şəkildə müzakirə edilib. İştirakçıların sualları cavablandırılıb və tədbir yekun qiymətləndirmə ilə başa çatıb.

Qeyd edək ki, layihə çərçivəsində şirkət nümayəndələri üçün təşkil olunmuş silsilə seminarlar və QHT-lər üçün keçirilən bu oflayn təlimdən sonra biznes və vətəndaş cəmiyyəti nümayəndələrinin birgə iştirakı ilə geniş onlayn müzakirənin təşkili planlaşdırılır.

 

AzPost.az

Post navigation

Previous: Tramp Si Cinpinlə nəyi müzakirə edəcəyini açıqladı
Next: 1917–1920: Cənub bölgəsinin qanlı illəri

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
Ukrayna Prezidenti Volodimir Zelenski müharibəni mümkün qədər tez başa çatdırmağa və münaqişəni hazırkı cəbhə xətti boyunca dondurmağa...
Read more about Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib
Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.