Oktyabrın 26-da polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində itkin düşmüş kimi axtarılan 10 nəfər tapılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin şəxslər ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdiklərinə görə axtarışda olublar. Tapılan şəxslər aidiyyəti üzrə təhvil veriliblər.
Həmin gün keçirilən digər əməliyyat tədbirləri nəticəsində isə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
