Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

İlham Əliyevdən sərt mesaj – “Müstəqil ölkəyə necə yaşamağı öyrətmək istəyirlər”

User 27 Oktyabr 2026 - 11:02 (Last updated: 27 Oktyabr 2026 - 11:02)
ilham ali forum

Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında bildirib.

“Ermənistan beynəlxalq səviyyədə tanınmış ərazilərimizin təxminən 20 faizini işğal edib, bir milyon azərbaycanlının öz tarixi torpaqlarından deportasiya olunmasına səbəb olan etnik təmizləmə siyasəti həyata keçirib, dini və tarixi abidələrimizi, o cümlədən Qarabağda 65 məscidi dağıtmışdı. Buna baxmayaraq, Ermənistana qarşı sanksiyalar tətbiq edilməyib və o, cəzalandırılmayıb. Bu, ikili standartdır. Lakin ikili standartlar təkcə bununla bağlı deyil. İkili standartlar həm də kiminsə sizə necə yaşamağı öyrətmək istədiyi zaman özünü göstərir. Belə bir addım atmazdan əvvəl insan güzgüyə baxmalı və özünə sual verməlidir: kiməsə dərs vermək, onu öyrətmək, müstəqil bir ölkəyə necə yaşamalı olduğunu, nə etməli və nə etməməli olduğunu izah etmək üçün mənəvi haqqınız varmı? Biz heç vaxt belə etmirik. Biz öz işimizə, öz məsuliyyətlərimizə diqqət yetiririk. Digər ölkələrdə baş verənlər həmin ölkələrin xalqlarına aid məsələdir. Bu, bizim işimiz deyil. Biz də bizə qarşı eyni münasibətin göstərilməsini gözləyirik və buna nail oluruq. Bizə qarşı istənilən hörmətsizlik əlaməti, əsassız üstünlük hissinin istənilən təzahürü, kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr müqavimətimizlə qarşılanıb və bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq.

Düşünürəm ki, beynəlxalq ictimaiyyət beynəlxalq davranışın bu əsas qaydaları ilə razılaşarsa, münaqişələr və problemlər daha az, qarşılıqlı əlaqələr isə daha çox olar. Ən azı, biz vəziyyəti belə görürük.

Bununla yanaşı, sizə daha dolğun mənzərə təqdim etmək üçün onu da qeyd etmək istəyirəm ki, Azərbaycanın bu 35 il ərzində əldə etdiyi nailiyyətlər Azərbaycan xalqının səyləri hesabına mümkün olub. Biz heç bir beynəlxalq yardım almamışıq. Dağıntılardan, işğaldan və geniş yayılmış yoxsulluqdan tərəqqiyə, inkişafa və uğura doğru irəliləmişik.

Bu gün Azərbaycanın xarici siyasətinə, iqtisadi göstəricilərinə, qlobal enerji və nəqliyyat bazarlarındakı roluna nəzər salsanız, ölkəmizin rolunun əhəmiyyətli dərəcədə artdığını görərsiniz. Bir çox hallarda Azərbaycan qeyri-sabit regionda sabitliyin təminatçısı kimi qəbul edilir. Müstəqil siyasətimiz də bizə böyük hörmət qazandırıb”, – dövlət başçısı qeyd edib.

AzPost.az

Post navigation

Previous: Putin ABŞ-da G20 sammitində iştirak edəcək? – Kremldən açıqlama
Next: Şəkəri tənzimləməyə kömək edən 5 qida – Kişilər menyuya nə əlavə etməlidir?

Oxşar xəbərlər

hikmet01
  • Siyasət

“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev

User 26 Oktyabr 2026 - 17:45
ilham maratinos
  • Siyasət

İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

User 26 Oktyabr 2026 - 13:47
ilham iet
  • Siyasət

İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib

User 26 Oktyabr 2026 - 13:33

xƏBƏR

mikrosoft
  • Media

Microsoft 60 min əməkdaşı ixtisar edə bilər – Süni intellekt baha başa gəlir

User 27 Oktyabr 2026 - 11:48
Microsoft korporasiyasının rəhbərliyi dünya üzrə təxminən 60 min mütəxəssisi əhatə edə biləcək genişmiqyaslı könüllü işdən ayrılma proqramına...
Read more about Microsoft 60 min əməkdaşı ixtisar edə bilər – Süni intellekt baha başa gəlir
Dələduzluqda ittiham edilən şəxs zərərçəkənlə barışdı, həbsdən azad edildi rusiyamehkeme
  • Sosial

Dələduzluqda ittiham edilən şəxs zərərçəkənlə barışdı, həbsdən azad edildi

User 27 Oktyabr 2026 - 11:36
Şəkəri tənzimləməyə kömək edən 5 qida – Kişilər menyuya nə əlavə etməlidir? person measures blood sugar with glucometer
  • Sosial

Şəkəri tənzimləməyə kömək edən 5 qida – Kişilər menyuya nə əlavə etməlidir?

User 27 Oktyabr 2026 - 11:10
İlham Əliyevdən sərt mesaj – “Müstəqil ölkəyə necə yaşamağı öyrətmək istəyirlər” ilham ali forum
  • Siyasət

İlham Əliyevdən sərt mesaj – “Müstəqil ölkəyə necə yaşamağı öyrətmək istəyirlər”

User 27 Oktyabr 2026 - 11:02
Putin ABŞ-da G20 sammitində iştirak edəcək? – Kremldən açıqlama putin valday
  • Dünya

Putin ABŞ-da G20 sammitində iştirak edəcək? – Kremldən açıqlama

User 27 Oktyabr 2026 - 11:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.