Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Türkiyədə Nuhun gəmisi ilə bağlı yeni tapıntı – 9 metr dərinlikdən taxta parçaları çıxarıldı

User 29 Oktyabr 2026 - 14:25
nuh aqridaq01

Tədqiqatçılar bəzi mütəxəssislərin Bibliyada təsvir olunan Nuhun gəmisi ilə əlaqələndirdiyi geoloji formasiyada, təxminən 9 metr dərinlikdə taxta parçaları aşkar ediblər.

Azpost.info bildirir ki, bu barədə LADbible nəşri  məlumat yayıb.

Tapıntı Nuhun gəmisinin axtarışı ilə məşğul olan “Noah’s Ark Scans” layihəsinin iştirakçıları tərəfindən Türkiyədə, Ağrı dağı yaxınlığında yerləşən Durupınar geoloji formasiyasında qazıntı işləri zamanı aşkarlanıb. Ərazidəki formasiyanın uzunluğu təxminən 157 metrdir və forması nəhəng gəmini xatırladır.

Araşdırma zamanı alimlər həm kömürləşmiş, həm də yanğının təsirinə məruz qalmamış taxta parçaları çıxarıblar. Layihənin vitse-prezidenti Endryu Cons onların Bibliyada təsvir edilən Nuhun gəmisi ilə əlaqəli ola biləcəyini ehtimal edib.

Lakin mütəxəssis taxta qalıqlarının bir neçə əsr əvvəl həmin ərazidə sığınacaq tapmış çobanın qaladığı ocaqdan da qala biləcəyini etiraf edib. Bir çox geoloq isə Durupınar formasiyasının təbii geoloji quruluş olduğunu düşünür.

Xatırladaq ki, layihə iştirakçıları daha əvvəl yerin altında gəminin otaq və dəhlizlərini xatırladan boşluqlar, eləcə də üzvi maddələrin miqdarı yüksək olan torpaq təbəqələri aşkar etmişdilər.

Obyektin daha ətraflı araşdırılması üçün alimlər xüsusi yeraltı robotdan istifadə etməyi planlaşdırıblar.

Nadir Talıblı

AzPost.az

Post navigation

Previous: Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini “anti-dövlət sənədi” adlandırdı
Next: Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı

Oxşar xəbərlər

yuxu yat
  • Maraqlı

Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin

User 28 Oktyabr 2026 - 22:24
idman zali
  • Maraqlı

İdmandan sonra bu 5 səhv ürək üçün təhlükəlidir – kardioloq xəbərdarlıq etdi

User 28 Oktyabr 2026 - 20:48
burcler
  • Maraqlı

Bu 3 bürcün həyatı yaxşılığa doğru dəyişəcək

User 28 Oktyabr 2026 - 14:54

xƏBƏR

menzil
  • Baş Yazı

Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir?

User 29 Oktyabr 2026 - 15:43
Bakıda mənzil almaq getdikcə daha çox ailə üçün ciddi maliyyə probleminə çevrilir. Söhbət təkcə evlərin qiymətindən getmir:...
Read more about Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir?
Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
İpoteka Fondunda ekspertlərlə görüş keçirilib kredit
  • Sosial

İpoteka Fondunda ekspertlərlə görüş keçirilib

User 29 Oktyabr 2026 - 14:42
Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı pasinyan hokm
  • Dünya

Paşinyan nə vaxt vəzifəsindən gedəcəyini açıqladı

User 29 Oktyabr 2026 - 14:35
Türkiyədə Nuhun gəmisi ilə bağlı yeni tapıntı – 9 metr dərinlikdən taxta parçaları çıxarıldı nuh aqridaq01
  • Maraqlı

Türkiyədə Nuhun gəmisi ilə bağlı yeni tapıntı – 9 metr dərinlikdən taxta parçaları çıxarıldı

User 29 Oktyabr 2026 - 14:25
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.