ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı nikbin danışıb və Moskva ilə Kiyevin razılaşma əldə etməyə hazır olmaq mərhələsinə yaxınlaşdığını bildirib.
“Düşünürəm ki, hər iki tərəf artıq belə bir mərhələdədir: “Gəlin, razılaşma əldə edək”, – deyə Tramp “Financial Times” qəzetinə müsahibəsində bildirib.
Nəşr qeyd edir ki, ABŞ lideri Rusiya ilə Ukrayna arasında sülh danışıqlarında irəliləyiş əldə olunacağına nikbin yanaşdığını ifadə edib.
Bununla belə, “Financial Times”ın diqqətə çatdırdığına görə, Ukrayna danışıqlar qrupunun üzvləri Trampın nikbinliyini bölüşmürlər.
Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək.
Rusiya nümayəndə heyətinə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.
N.Talıblı
