Rusiya və Ukrayna nümayəndələri Ağ Evdə ABŞ-ın birinci xanımı Melaniya Trampla görüşüblər.
Azpost.info bildirir ki, görüşdə Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratova, Ukraynanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets, Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev və Ukrayna Ali Radasında hakim “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya iştirak ediblər.
ABŞ prezidenti Donald Tramp görüşdə iştirak etməyib.
Dmitri Lubinets ABŞ-ın birinci xanımına I dərəcəli Şahzadə Olqa ordenini təqdim edib. Kirill Dmitriyev isə Oləşki şəhərindən olan bir qızın rəsmini şüşə çərçivədə Melaniya Trampa verib.
“Ümid edirəm ki, Oləşkinin təcrübəsi daha möhkəm sülhün əldə olunmasına təkan verəcək. İstənilən böyük dəyişiklik kiçik bir qığılcımla başlayır.
İndi biz günahsız insanların çəkdiyi əzablarla bağlı ümumi narahatlığımızdan çıxış edərək ortaq məxrəcə gəlmək üçün Oləşkidə bizə kömək edən eyni cəsarəti nümayiş etdirməliyik. Birlikdə sadəcə müvəqqəti atəşkəsdən daha uzunömürlü bir şey yarada bilərik”, – Melaniya Tramp bildirib.
ABŞ-ın birinci xanımı Vladimir Putin və Vladimir Zelenskiyə şəxsi məktublar göndərdiyini də açıqlayıb.
Onun sözlərinə görə, “prezidentlərin iştirakı olmadan Oləşkidə atəşkəsə nail olmaq mümkün olmazdı”.
Rusiya və Ukrayna nümayəndələri də görüş zamanı çıxış ediblər.
