Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

İpoteka üçün 6848 nəfər müraciət etdi – cəmi 1393 müraciət qəbul olundu

User 13 Noyabr 2026 - 18:53
İpoteka

İpoteka

Azərbaycanda adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu başlayıb. Noyabrın 13-də saat 15:00-dan etibarən 6848 müraciət qeydə alınıb. Lakin ayrılmış limitlər çərçivəsində 1393 nəfərin müraciəti qəbul edilib.

Bu barədə İpoteka və Kredit Zəmanət Fondu, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “AzInTelecom” MMC-nin birgə məlumatında bildirilib.

Qeyd olunub ki, 2026-cı ildə adi ipoteka kreditləşməsinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılıb. Müraciətlər “MyGov” portalındakı “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən qəbul edilib.

Məlumatda vurğulanıb ki, müraciətlərin hər kəs üçün bərabər şəraitdə və real vaxt rejimində qəbulunu təmin etmək məqsədilə sistemdə dayanıqlılıq və təhlükəsizlik testləri aparılıb. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə əməkdaşlıq çərçivəsində sistemin təhlükəsiz və fasiləsiz fəaliyyəti təmin olunub.

Bu dəfə ipoteka kreditləşməsi prosesində yenilik də tətbiq edilib. Belə ki, ilk dəfə vətəndaşlar müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksiyası vasitəsilə təsdiqləyiblər.

Fond ipoteka kreditlərinin əlverişli şərtlər və aşağı faiz dərəcələri ilə təqdim olunmasının əhali arasında yüksək tələbat yaratdığını bildirib.

Hazırda müraciətlərin qəbulundan sonrakı proseslər qanunvericiliyə və Fondun daxili qaydalarına uyğun davam etdirilir.

AzPost.az

Post navigation

Previous: Həbsdə olan Aynur Elgünəş əməliyyat olunub

Oxşar xəbərlər

aynur elgunes
  • Sosial

Həbsdə olan Aynur Elgünəş əməliyyat olunub

User 13 Noyabr 2026 - 18:08
market
  • Sosial

Market 1492 manat oğurlayan məktəblini bağışladı – məhkəmədən qərar

User 13 Noyabr 2026 - 17:59
herbci ermeni esir
  • Sosial

Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin istintaqı başa çatdı

User 13 Noyabr 2026 - 17:20

xƏBƏR

İpoteka
  • Sosial

İpoteka üçün 6848 nəfər müraciət etdi – cəmi 1393 müraciət qəbul olundu

User 13 Noyabr 2026 - 18:53
Azərbaycanda adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu başlayıb. Noyabrın 13-də saat 15:00-dan etibarən 6848 müraciət qeydə alınıb....
Read more about İpoteka üçün 6848 nəfər müraciət etdi – cəmi 1393 müraciət qəbul olundu
Həbsdə olan Aynur Elgünəş əməliyyat olunub aynur elgunes
  • Sosial

Həbsdə olan Aynur Elgünəş əməliyyat olunub

User 13 Noyabr 2026 - 18:08
Market 1492 manat oğurlayan məktəblini bağışladı – məhkəmədən qərar market
  • Sosial

Market 1492 manat oğurlayan məktəblini bağışladı – məhkəmədən qərar

User 13 Noyabr 2026 - 17:59
Ət yeyən qadınlar 100 il yaşayır – Alimlər səbəbini açıqladı kabab qadın esas
  • Maraqlı

Ət yeyən qadınlar 100 il yaşayır – Alimlər səbəbini açıqladı

User 13 Noyabr 2026 - 17:44
Azərbaycanın da təsisçisi olduğu Sülh Şurası Qəzza ilə bağlı yeni plan hazırladı tramp sülh surasi imza
  • Dünya

Azərbaycanın da təsisçisi olduğu Sülh Şurası Qəzza ilə bağlı yeni plan hazırladı

User 13 Noyabr 2026 - 17:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.