İtaliyada koronavirus:yoluxma və ölüm halları azalır

İtaliyada koronavirusa yoluxma ilə xəstəxanaya müraciət edənlərin və bu virusdan ölənlərin sayında azalma müşahidə olunur.

APA-nın məlumatına görə, İtaliyanın Səhiyyə naziri Giulio Gallera bildirib ki, mülki müdafiə və tibb işçiləri ölkədə koronavirusa yoluxma halının yarısını təşkil edən  Lombardiya bölgəsində virusa yoluxaraq xəstəxanaya müraciət edənlərin sayında azalma olduğunu müşahidə ediblər.

İtaliya Mülki Müdafiə Xidmətinin rəhbəri Angelo Borrelli də “La Repubblica”ya müsahibəsində deyib ki, İtaliya hökumətinin iki həftə əvvəldən etibarən həyata keçirdiyi təhlükəsizlik tədbirləri öz təsirini göstərməyə başlayır. “Yaxın vaxtlarda böyümə əyrisinin həqiqətən düzləşməyə doğru getdiyini görəcəyik”, – deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əli Həsənov iki aylıq pensiyasını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb

Sonrakı məqalə

Azərbaycan Prezidenti: