İtaliyada koronavirusa yoluxma ilə xəstəxanaya müraciət edənlərin və bu virusdan ölənlərin sayında azalma müşahidə olunur.
APA-nın məlumatına görə, İtaliyanın Səhiyyə naziri Giulio Gallera bildirib ki, mülki müdafiə və tibb işçiləri ölkədə koronavirusa yoluxma halının yarısını təşkil edən Lombardiya bölgəsində virusa yoluxaraq xəstəxanaya müraciət edənlərin sayında azalma olduğunu müşahidə ediblər.
İtaliya Mülki Müdafiə Xidmətinin rəhbəri Angelo Borrelli də “La Repubblica”ya müsahibəsində deyib ki, İtaliya hökumətinin iki həftə əvvəldən etibarən həyata keçirdiyi təhlükəsizlik tədbirləri öz təsirini göstərməyə başlayır. “Yaxın vaxtlarda böyümə əyrisinin həqiqətən düzləşməyə doğru getdiyini görəcəyik”, – deyə o əlavə edib.