“Qarabağ”dan növbəti transfer –AÇIQLAMA (FOTO)

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” heyətinə daha bir futbolçu cəlb edib.

Klubun rəsmi saytı xəbər verir ki, Ağdam təmsilçisi “Çerno More”nin (Bolqarıstan) mərkəz yarımmüdafiəçisi Patrik Andrade transfer edib. 27 yaşlı futbolçu ilə müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Afrika qitəsində yerləşən Kabo Verdenin vətəndaşı olan Petrik Portuqaliyada “Ribeyrao”, “Yoan”, “Moreyrense”, “Famalikao” və “Saliueyros” klublarında da oynayıb.

Xatırladaq ki, “Qarabağ” yay fasiləsində Donald Gerye, Emil Balayev, Kevin Medina, Uroş Matiçi də heyətinə cəlb edib. (Qol.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Karantin aylarında 20 min nikah bağlanıb –

Sonrakı məqalə

Putin Belarusla bağlı Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb