Gülər Əhmədova Müasir Müsavat Partiyasına üzv olub –Hafiz Hacıyevin müavini olacaq

Milli Məclisin sabiq deputatı Gülər Əhmədova Müasir Müsavat Partiyasına üzv olub.

Azpost.info bildirir ki, bu barədə məlumatı Hafiz Hacıyev moderator.az-a təsdiq edib.

Gülər Əhmədova bu günlərdə adıçəkilən partiyaya üzvlüyə qəbul olunub və tezliklə təşkilatın keçirilməsi nəzərdə tutulan qurultayda partiya sədrinin müavini postuna gətiriləcək. Onun beynəlxalq münasibətlər və Türk Cümhuriyyətləri ilə iş üzrə məsələləri kurasiya edəcəyi bildirilir.

Gülər Əhmədova da məlumatı təsdiqləyib.

Gülər Əhmədova YAP-ın fəal üzvlərindən olub və partiyanın dəstəyi ilə Milli Məclisin deputatı seçilib. 2012-ci ildə ABU-nun sabiq rektoru Elşad Abullayevlə bağlı məşhur qalmaqalda Milli Məclsi üzvlüyündən istefa verib. Daha sonra deputat mandatından mərhum edilib. Qısa müddət həbsdə olub.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir