“Rəşt-Astara dəmir yolu xəttinin inşasının sürətləndirilməsi zəruridir”.
Bu barədə İran Prezidenti Həsən Ruhani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə bildirib.
İran Prezidentinin sözlərinə görə, Azərbaycanla müştərək layihələrin icrası baxımından, o cümlədən Xudafərin bəndi və elektrik stansiyasının tikintisi üçün uyğun şərait mövcuddur.
“İki ölkə sənaye, elm, əczaçılıq və digər sahələrdə əməkdaşlıqları daha da inkişaf etdirə bilər”, – deyə H. Ruhani vurğulayıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İrana Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib.
“İranı yaxşı qonşu və dost ölkə bilirik. Azərbaycan Prezidenti və rəsmilərinin iradəsi İranla hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir”, – deyə C. Bayramov qeyd edib.