“Bundan sonra da atəşkəslə bağlı məsələləri Azərbaycanla birgə dəyərləndirəcəyik” –Türkiyənin XİN başçısı

“Bundan sonra da atəşkəslə bağlı məsələləri Azərbaycanla birgə dəyərləndirəcəyik”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistandan qayıdan zaman jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, Ağdamda təmas xəttinə 8 kilometrlik məsafədə atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin yeri müəyyənləşib.

“60 türk, 60 rus hərbçi Dağlıq Qarabağda atəşkəsə nəzarət edəcək. Türk hərbçiləri artıq Azərbaycana yola düşməyə başlayıb”, – deyə M. Çavuşoğlu qeyd edib.

XİN başçısı vurğulayıb ki, bu məsələ ilə əlaqədar ehtiyac yaranarsa, Azərbaycanla iki tərəfli danışıqlar aparılacaq. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir