Bakı şəhərinin Nəsimi rayonunda (“20 Yanvar” metrostansiyasına yaxın ərazi) hasara alınmış ərazidə təqribən 1 ha sahədə quru ot və 1 ədəd plastik zibil qutusu yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yaxınlıqdakı ağaclar və digər zibil qutuları yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
**
“20 Yanvar” metrostansiyasının ərazisində yanğın başlanıb.
Azpost.info bildirir ki, bu barədə jurnalist Səbuhi Rəhimli videogörüntülər paylaşıb.
Əraziyə yanğınsöndürən maşını gəlib.