ABŞ Rusiyadan qitələrarası ballistik raket sınağı barədə bildiriş alıb

Amerika Birləşmiş Ştatları Rusiyadan qitələrarası ballistik raketi sınaqdan keçirməyi planlaşdırdığı barədə bildiriş alıb.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmi “Twitter“ hesabında məlumat verilib.

 

“Biz START-3 müqaviləsinin prosedurları vasitəsilə Rusiyanın qitələrarası ballistik raketi sınaqdan keçirəcəyi barədə məlumat aldıq”, – deyə Pentaqonun nümayəndəsi Sabrina Sinq brifinqdə bidirib.

O əlavə edib ki, bildiriş həftəsonu alınıb.

Fevralın 21-də CNN adı çəkilməyən ABŞ rəsmilərinə istinadən xəbər verib ki, Rusiya ABŞ prezidenti Co Baydenin Kiyevə səfəri ərəfəsində raket sınağı keçirib.

Məlumata görə, buraxılış uğursuz olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.