ABB müştərisi “Qatar Airways” biletini ala bilmədi- Bank ölkəni “riskli zona” elan etdi (FOTO)

Beynəlxalq bank
Beynəlxalq bank

Azərbaycanda bank kartlarının onlayn ödəniş zamanı qarşılaşdığı məhdudiyyətlər müştərilərin narazılığına səbəb olub. AzPost xəbər verir ki, sosial şəbəkə istifadəçisi Emili Hacıyeva ABB bank kartı ilə “Qatar Airways” rəsmi saytından aviabilet almaq istədikdə gözlənilməz problemlə üzləşib.

Vətəndaşın sözlərinə görə, bank əməliyyatı əvvəlcə balansda kifayət qədər vəsait olmadığı səbəbilə bloklayıb. Halbuki, hesabında tələb olunan məbləğ mövcud olub. Pulun miqdarını artırdıqdan sonra təkrar cəhd edən Emili Hacıyeva bu dəfə başqa problemlə qarşılaşıb. ABB sistemindən ona bildirilib ki, həmin ölkə “riskli zona” hesab olunur və bu səbəbdən əməliyyat icra edilmir.

Emili Hacıyeva bildirib ki, problemin hansı qaydalara əsaslandığını öyrənmək üçün rəsmi əsaslandırma tələb edib. Lakin bu barədə aydın və əsaslı cavab ala bilməyib. Vətəndaş xüsusilə qeyd edib ki, 4 ay öncə eyni tranzaksiya problemsiz həyata keçirilib və bu müddət ərzində hansı dəyişiklik baş verdiyi ona aydın deyil.

Məsələ ilə bağlı ABB bankının əməkdaşı şikayətçi ilə əlaqə saxlayaraq problemi dinləyib və araşdırma aparacağını bildirib. Qısa müddət sonra vətəndaşla yenidən əlaqə saxlanılıb və kartındakı ölkə məhdudiyyətinin 6 ay müddətinə deaktiv edildiyi açıqlanıb.

Qeyd edək ki, mütəxəssislər bildirir ki, bank müştərinin razılığı olmadan belə məhdudiyyətlər tətbiq etdikdə şəffaf izah təqdim etməli və yazılı əsaslandırma verməlidir. Müştərilər belə hallarda Azərbaycan Mərkəzi Bankına və ya 195 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.