Abdolbari Gozalın yerinə o təyin olundu

“Azərsun Holdinq”in Müşahidə Şurasına sədri təyin edilib.

Ölkə.Az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə Ahmad Gozal təyin edilib.

Ölkənin aparıcı şirkətlərindən biri olan “Azərsun Holdinq”in rəhbəri Ahmad Gozal 2006-cı ildə Bilkent Universitetinin menecment ixtisası üzrə məzunu olub.

Elə həmin ildən etibarən, Azərsun Holdinq”in idarəetməsində yaxından iştirak edib.

Şirkətlər qrupunun müxtəlif strukturlarında fəaliyyət göstərdikdən sonra 2018-ci ildən etibarən “Azərsun Holdinq”in Müşahidə Şurasının sədr müavini və Holdinqin təftiş komissiyasının sədri təyin edilib.

2022-ci ildən etibarən Azərbaycan Sənaye Bankı ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini icra edir.

Qeyd edək ki, bundan əvvəl  Azersun Holdinqin Müşahidə Şurasının sədri Abdolbari Gozal idi. O bu ilin yanvarında dünyasını dəyişib.

Ahmad Gozal Abdolbari Gozalın oğludur.

 

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.