Abramoviç “Evraz”dakı payını sata bilmir- Şirkətin səhmləri 87 faiz ucuzlaşıb

Rusiyalı milyarder Roman Abramoviç “Evraz”dakı payını (28,64 faiz) Ukraynada münaqişə başlayandan sonra satmağa çalışıb.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Abramoviç “Evraz”dakı payını sata bilmir. May ayında Böyük Britaniya tərəfindən sanksiya tətbiq edilən şirkətin səhmləri 87 faiz ucuzlaşdı və qısa müddət sonra donduruldu”, – “Bloomberg” yazır.

“Evraz Group” Rusiya, ABŞ, Kanada, Çexiya və Qazaxıstanda aktivləri olan dünyanın ən böyük metallurgiya şirkətlərindən biridir. Şirkətin ən böyük səhmdarı Abramoviçdir. Həmçinin şirkətdə əhəmiyyətli səhmlər Aleksandr Abramov (19,32 faiz), Aleksandr Frolov (9,65 faiz, Gennadi Kozovoy (5,74 faiz) və Maksim Vorobyova (3,01 faiz) məxsusdur.

Azpost.info

Əvvəlki məqalə

Elektron Təhlükəsizlik Xidmətindən kiberhücumlarla bağlı

Sonrakı məqalə

İlham Əliyev Şimali Kipr Türk Respublikasının Prezidentini qəbul edib