İlham Əliyev Şimali Kipr Türk Respublikasının Prezidentini qəbul edib-YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xiddməti məlumat yayıb.

Görüşdə Türk dünyasında xalqlar arasında əlaqələrin möhkəmlənməsi işinə xidmət edən V İslam Həmrəyliyi Oyunlarının Türkiyədə keçirilməsinin önəmi vurğulanıb.

Bu mötəbər beynəlxalq idman tədbirinin Bakıda da yüksək səviyyədə təşkil olunduğu məmnunluqla qeyd edilib.

Söhbət zamanı Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsinin əhəmiyyətinə toxunulub.

Əvvəlki məqalə

Abramoviç “Evraz”dakı payını sata bilmir

Sonrakı məqalə

Azərbaycan Britaniyadan səfirliyə hücumla bağlı araşdırmanın nəticələrini gözləyir