ABŞ 42 milyon dollarlıq narkotik daşıyan gəmini saxladı –İçindən 4 İran vətəndaşı çıxdı

ABŞ Hərbi Dəniz Qüvvələrinin raketdaşıyan esmines ekipajı Oman boğazından 42 milyon dollar dəyərində narkotik keçirməyə cəhd edən balıqçı gəmisini saxlayıb.

Azpost.info bildirir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin bəyanatında deyilir.

Qeyd edilir ki, esmines 38 ölkənin daxil olduğu və Yaxın Şərq dövlətləri yaxınlığındakı sularda patrul xidməti həyata keçirən Birgə Əməliyyat Qrupuna daxildir.

ABŞ ordusunun məlumatına görə, tutulan gəminin dörd ekipaj üzvü özlərini İran vətəndaşı kimi təqdim ediblər.

ABŞ gəmisinin yaxınlaşdığını görən qaçaqmalçılar 50 kisə narkotiki gəmidən suya atmağa çalışıblar. Onların bir qismi sudan çıxarılıb.

Hərbçilərin məlumatına görə, 2023-cü ilin əvvəlindən ABŞ Hərbi Dəniz Qüvvələri bu bölgədəki qaçaqmalçılardan təxminən 150 milyon dollar dəyərində narkotik maddə ələ keçirib.

Əvvəlki məqalə

Bakıda su quyusundan meyit tapılıb

Sonrakı məqalə

“Qarabağ” – “Zirə” qarşılaşıb-