ABŞ yaxın gələcəkdə Avropada yeni hərbi bazalar yerləşdirə, hərbçilərinin sayını artıra bilər.
Azpost.info xəbər verir ki, bu barədə CNN ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Məlumata görə, Rusiyanın Ukraynada hərbi əməliyyatı başlamazdan əvvəl bölgədə 60 minə yaxın ABŞ hərbçisi var idi, indi onların sayı 100 minə çatdırılıb: “Təhlükəsizlik vəziyyətində dəyişiklik olarsa, ABŞ Avropada yeni bazalar yerləşdirə, qoşunların sayını artıra bilər”.
CNN bildirir ki, ABŞ bu planları NATO ölkələrinin silahlı qüvvələrinin baş komandanlarının Brüsseldə keçirilən görüşündən sonra nəzərdən keçirməyə başlayıb.
Azpost.info