“ABŞ Azərbaycanın 15 ermənini azad etməsini alqışlayır” –ABŞ Dövlət katibi

ABŞ Azərbaycanın saxlanılan 15 ermənini azad etməsini alqışlayır.

Bu barədə ABŞ Dövlət Departamentinin baş katibi Entoni Blinken “Twitter”də paylaşım edib.

“ABŞ saxlanılan 15 erməninin Azərbaycan tərəfindən sərbəst buraxılmasını alqışlayır. Tərəflər arasında müzakirələrin təmin edilməsində vacib rol oynadığı üçün Gürcüstan hökumətinə minnətdarıq. Bu cür addımlar region xalqlarını layiq olduqları dinc gələcəyə daha da yaxınlaşdıracaq”, – deyə dövlət katibi bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Oyun zamanı ürəyi gedən Kristian Eriksen özünə gəlib

Sonrakı məqalə

“Avro-2020”: Finlandiya millisi Danimarkanı məğlub edib