Oyun zamanı ürəyi gedən Kristian Eriksen özünə gəlib

AVRO-2020-nin Finlandiya ilə oyununda ürəyindəki problem səbəbindən huşunu itirən danimarkalı Kristian Eriksen özünə gəlib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçiyə təcili tibbi yardım zəruri hesab edilən 3 dəqiqə ərzində edildiyindən təhlükəni arxada qoyub.

Kristian meydandan çıxarılarkən artıq öz huşunda olub. Gözlərini açan yarımmüdafiəçi əlini alnına qoyub.

Qeyd edək ki, B qrupunun ilk oyununun birinci hissəsinin sonlarında baş verən hadisə səbəbindən qarşılaşma təxirə salınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycan və Ermənistanın humanist jestini alqışlayıram” –

Sonrakı məqalə

“ABŞ Azərbaycanın 15 ermənini azad etməsini alqışlayır” –