ABŞ Bakı və İrəvanı uzunmüddətli razılaşma əldə etməyə çağırır

ABŞ Konqresində
ABŞ Konqresində

ABŞ Azərbaycan və Ermənistanı uzunmüddətli razılaşma əldə etməyə çağırmaqda davam edir.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə deyib.

Miller Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı bunları deyib: “Heç bir elanım yoxdur, lakin biz hər iki tərəfi uzunmüddətli razılaşma əldə etməyə təşviq etməyə davam edirik”, – deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü fevralın 28-29-da Berlində keçiriləcək.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.