ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinə afroamerikalı general başçılıq edəcək- FOTO

ABŞ prezidenti Co Bayden Birləşmiş Qərargah Rəisləri Komitəsinin yeni sədri vəzifəsinə Hərbi Hava Qüvvələrinin hazırkı Baş Qərargah rəisi Çarlz Braunun təyin edilməsini tövsiyə edib.

Azpost.info xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən yazıb.

Əgər Senat bu namizədliyi təsdiq edərsə, general Braun 1989-1993-cü illərdə bu vəzifəni tutmuş Kolin Paueldən sonra ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinə rəhbərlik edən ikinci afroamerikalı olacaq.

Keçmiş prezident Donald Trampın dövründə təyin edilmiş Birləşmiş Qərargah Rəisləri Komitəsinin hazırkı sədri Mark Millinin 4 illik səlahiyyət müddəti sentyabrda başa çatır.

Prezident Baydenin iyulda Çarlz Braunu rəsmi olaraq namizəd göstərəcəyi bildirilir.

Azpost.info

 

Əvvəlki məqalə

Putin Təhlükəsizlik Şurasının iclasını çağırıb

Sonrakı məqalə

“Rusiya və Qərb münaqişənin həlli üçün ayrıca layihələr təqdim etməyiblər”