ABŞ, Britaniya və Avropa Birliyi İrana yeni sanksiyalar elan edib

Böyük Britaniya, ABŞ və Aİ bu gün İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxil olmaqla, insan haqlarının pozulmasına görə məsul olan İran rejimi rəsmilərinə qarşı növbəti sanksiyaları elan edib.

Bu barədə Britaniya XİN məlumata yayıb.

 

Böyük Britaniyanın ən son sanksiyaları SEPAH qüvvələrinin rəhbərliyi altında silahsız nümayişçilərə atəş açması, o cümlədən uşaqların çoxlu ölümü ilə nəticələnən və etirazçıları özbaşına saxlayıb işgəncələrə məruz qoyan dörd SEPAH komandirinə tətbiq olunub.

İran İnqilabı Keşikçiləri Korpusunun komandirlərindən Möhsün Kərimi, Əhməd Kadem, Həbib Şahsavari, Məhəmməd Nəzər Əziminin adı sanksiya tətbiq olunan şəxslər sırasındadır.

Xarici İşlər Naziri Ceyms Kleverli rejimin öz hərəkətlərinə görə cavab verməsi üçün bir sıra tədbirlər görməyə davam edəcəklərini deyib: “Böyük Britaniya və beynəlxalq tərəfdaşlarımız bu gün bir daha bəyan edirlər ki, biz rejimin amansız zülmünü nəzərdən qaçırmayacağıq”, – deyə nazir bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.