ABŞ-da 202 milyon dollar məbləğində “cek pot” udulub

“Mega Millions” lotereyasının nümayəndələri çərşənbə günü bildiriblər ki, Nyu-cersili lotereya həvəskarı 202 milyon dollar məbləğində “cek pot” udub.

AZƏRTAC xəbər verir ki, bilet çərşənbə axşamı Edisonda, “Quick Stop Food Store” mağazasında satılıb. “Mega Millions” şirkətinin icraçı direktoru Ceyms Kerinin sözlərinə görə, çərşənbə günü udulan “cek pot”a görə nağd pulla 142 milyon dollar ödəniləcək.

Keri çərşənbə günü keçirilmiş mətbuat konfransında “Quick Stop Food Store” mağazasının sahibinə 30 000 dollarlıq çek təqdim edib. Məlum olduğuna görə, əgər kimsə “cek pot” udursa, onun uduşunun müəyyən məbləği lotereya biletini satmış müəssisəyə ödənilir.

“Сek pot”un qalibinin adı açıqlanmaya bilər, çünki Nyu-Cersi ştatının qubernatoru Fil Merfinin bu ilin yanvarında imzaladığı yeni qanun lotereya biletinin qalibinin anonim qalmasına imkan verir. ABŞ ştatlarının çoxunun qanunvericiliyi uduşu alan qalibin adının açıqlanmasını tələb edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çin məhsullarına qadağa qıtlığa və qiymət artımına səbəb olmayacaq

Sonrakı məqalə

Nazarbayevin nəvəsi Britaniyadan siyasi sığınacaq istəyib