Nazarbayevin nəvəsi Britaniyadan siyasi sığınacaq istəyib

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev Böyük Britaniyadan siyasi sığınacaq istəyib.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün A. Nazarbayev “Facebook”da bildirib.

İ.Nazarbayev ailəsinin ona təzyiq göstərdiyi üçün bu addımı atdığını vurğulayıb.

Onun sözlərinə görə, Rusiya və Qazaxıstan hökumətləri arasında irimiqyaslı korrupsiya barədə məlumata malikdir.

Qeyd edək ki, ötən ilin oktyabrında Londonun Sautvork rayon Kral Məhkəməsi Aysultan Nazarbayevi polisə müqavimət göstərdiyinə və başqasına məxsus mülkə qanunsuz daxil olduğuna görə 18 ay sınaq müddəti olmaqla 1 il şərti azadlıqdan məhrum edib.

Məhkəmənin qərarı ilə 29 yaşlı A. Nazarbayev narkomaniyadan müalicə almalıdır.

Xatırladaq ki, N. Nazarbayevin nəvəsinə qarşı ittiham iyul ayında irəli sürülüb. A. Nazarbayev tez-tez başqasına məxsus mülkə daxil olub, eyni zamanda hadisə yerinə gələn polislərə müqavimət göstərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ-da 202 milyon dollar məbləğində “cek pot” udulub

Sonrakı məqalə

Rauf Arifoğludan MSK-ya şok müraciət: