ABŞ-da bu həftə koronavirusun yayılması zirvə nöqtəsinə çatacaq

ABŞ-ın səhiyyə rəsmilərinin bildirdiyinə görə, bu həftə koronavirusun yayılması zirvə nöqtəsinə çatacaq.

Dünyanın əhali sayına görə, 3-cü ən böyük ölkəsi olan Amerikada virusdan ölənlərin sayı 22 mindən çoxdur. Son 4 gün ərzində hər gün 2 minə yaxın ölüm faktı qeydə alınıb.Ölüm göstəriciləri Nyu-Yorkda olduqca yüksəkdir.

Ekspertlər hesab edir ki, bu rəqəm bildirildiyindən daha yüksəkdir. Belə ki, tənıəs xəstəliklərindən evdə ölənlər hesaba alınmır.

“Biz zirvəyə yaxınlamışıq” – deyə, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Robert Redfild bildirib.

“Evdə qal” göstərişinə əməl edilməməsi ilə xəstəlik ciddi şəkildə yayıla bilər.

Həftələrdir ölkədə bir çox bizneslərin bağlanması iqtisadiyyata ağır zərbə vurub. Hazırda bizneslərin nə qədər bağlı qalacağı və səyahət məhduddiyyətlərinin nə zamana qədər davam edəcəyi bir çox sual qaldırıb.

Aprelin 12-də Tramp administrasiyası mayın 1-dən etibarən bəzi məhdudiyyətlərin aradan qaldırılacağını bəyan etsə də, məhdudiyyətlərin tam olaraq nə zaman ləğv ediləcəyini demək üçün hələ tez olduğunu bildirib.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Robert Redfild iqtisadiyyatın nə zaman açılacağını deməyib, lakin distansiya saxlanılması ilə bir çox ölüm hallarının qarşısının alındığını bildirib.

“Düzgün yolla açılacağımıza şübhə yoxdur. Bu, tədrici bir proses olacaq. Göstəricilərə uyğun hərəkət ediləcək” , Redfild deyib.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi isə ölkənin açılışa hazır olmadığını bildirib.

Konqres bu həftə pandemiyanın sürətinin azaldılması üçün növbəti addımları nəzərdən keçirir. Demokratlar koronavirusla mübarizədə kiçik bizneslərə yardımların artırılmasını istəyir.

“Bu, gözləyə bilməz”, Pelosi bildirib.

Prezident Tramp infeksion xəstəliklər üzrə baş ekspert Entoni Fauçinin işdən azad edilməsi çağırışlarını təkrar edib. Fauçi deyib ki, virusla mübarizə ölkənin daha tez bağlanması ilə asan ola bilərdi.

Trampın tviti onun səbrinin tükəndiyi və bu tanınmış alimi işdən kənar edə biləcəyinə dair şaiyələri artırıb.

Ağ Ev Trampın çağırışına münasibət bildirməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“ABŞ-ın İrana qarşı neft sanksiyaları ədalətsizdir” –

Sonrakı məqalə

Britaniya Dağlıq Qarabağda “prezident seçkiləri”nin ikinci turunu da tanımır