“ABŞ-ın İrana qarşı neft sanksiyaları ədalətsizdir” –Ruhani

İran prezidenti Həsən Ruhani bazar ertəsi Venesuela prezidenti Nikolas Maduro ilə telefon danışığı zamanı ABŞ-ın İran və Venesuelaya qarşı tətbiq etdiyi neft sanksiyaların ədalətsiz olduğunu deyib və iki ölkənin OPEC + qrupu ilə birlikdə işləməli olduğunu bildirib.

Vaşinqton 2018-ci ildə ABŞ prezidenti Donald Trampın ABŞ-ı böyük qüdrətlərlə 2015-ci ildə imzalanan nüvə sazişindən çıxarmasından sonra İrana qarşı yenidən sanksiyalar tətbiq edib.

İran rəsmiləri sanksiyaların ölkədə koronavirus xəstəliyinə qarşı mübarizə səylərinə mane olduğunu deyir.

“Amerikanın İran və Venesuelanın neft hasilatına qarşı amansız və qanunsuz sanksiyaları beynəlxalq qaydalara və insan prinsiplərinə ziddir” – deyə, Ruhani rəsmi veb səhifəsinə stinadən bildirib.

“İstehsalın azaldılması və qiymətlərin sabitləşməsi üçün əməkdaşlığı davam etdirməliyik” – deyə, o əlavə edib.

Neft ixrac edən ölkələrin təşkilatı, Rusiya və digər ölkələrdən ibarət olan OPEC + qrupu həftə sonu may və iyun aylarında gündəlik hasilatın 9,7 milyon barel azaldılması haqda razılıq əldə edib. Bu, qlobal tədarükün təxminən 10 faizini təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Limitin 100 kilovat artırılması ciddi bir güzəşt sayıla bilməz” –

Sonrakı məqalə

ABŞ-da bu həftə koronavirusun yayılması zirvə nöqtəsinə çatacaq