ABŞ-da COVID-19-dan 1 milyon adam ölüb

Bütün pandemiya dövründə ABŞ-da COVID-19 infeksiyasının nəticələrindən ölənlərin sayı 1 milyonu ötüb.

Bu barədə “NBC News” televiziya kanalı xəbər verib.

“Məsələn, ABŞ-ın onuncu ən böyük şəhəri olan Kaliforniya ştatının San Xose əhalisinə bərabər olan bu rəqəm heyrətamiz sürətlə – ölkədə virusun ilk halının təsdiqlənməsindən 27 ay sonra əldə edilib,” – deyə telekanal qeyd edib.

Məlumata əsasən, son həftələr vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılığa doğru dəyişməyə başlayıb:

 

 

“Bununla belə, hər gün təxminən 360 nəfər ölür”.

Qeyd edilib ki, ABŞ koronavirusdan ölənlərin sayına görə “əhəmiyyətli fərqlə” digər ölkələri qabaqlayır, ikinci yerdə 660 mindən bir qədər çox ölən olan Braziliyadır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.