ABŞ-da COVID-19-dan ölənlərin sayı 140 mini ötüb

16 İyul 2020 - 19:15

ABŞ-da son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 71 117 yoluxma halı qeydə alınıb.

APA-nın CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, ABŞ-da indiyədək virusa yoluxanların sayı 3 619 663 nəfərə çatıb.

Son sutka ərzində xəstəliyə yoluxan 1 011 nəfər vəfat edib.

ABŞ-da indiyədək xəstəlikdən ölənlərin sayı 140 200 nəfərə çatıb.