ABŞ-da Demokrat Partiyasının onlayn qurultayı başlanıb

 

Avqustun 17-də ABŞ-da Demokratlar Partiyasının onlayn qurultayı başlanıb.

Qurultayda keçmiş birinci ledi Mişel Obama və namizədlik yarışına qatılmış Berni Sanders çıxış edərək seçiciləri Prezident Donald Trampı və onun “bölücü siyasəti”ni rədd etməyə çağırıblar.

Dünən axşam açılmış qurultay koronavirus pandemiyasına görə sonradan tamamilə onlayn formata keçib.

Obamanın sözlərinə görə, Trump dəfələrlə “ölkənin yanlış prezidenti” olduğunu göstərib. O, öncədən yazılmış çıxışında Trump-ı səriştəsiz, xaraktersiz şəxs kimi təsvir edib.

Xəbərdarlıq

Senator Berni Sanders isə xəbərdarlıq edib ki, Tramp “bizi avtoritarizm yoluna sürükləyir”.

Onun fikrincə, Birləşmiş Ştatların gələcəyi təhlükədədir və seçkidə Joe Biden-in seçilməsi ölkənin xilası üçün vacibdir. “Dostlarım, uğursuzluğun bədəli təsəvvürə gəlməyəcək dərəcədə böyükdür”, – Sanders deyib.

 

Keçmiş vitse-prezident Bayden bu həftənin sonuna namizəd kimi təsdiqlənməlidir. O, dünən axşamkı tədbirdə çıxış etməyib, ancaq Twitter-də şərh yazıb.

“Bu gecə amerikalıların bir araya gəlməyə hazır olduğunu, bizim böhranlara üstün gəlməyi bacardığımızı, həmişəkindən daha güclü ola biləcəyimizi gördük”, – Biden yazıb.

Trampın ittihamı

Prezident Tramp isə avqustun 17-də Viskonsində seçki tədbiri keçirib. O, demokratların tədbiri hələ başlanmazdan onu “mürgü yeri” adlandırıb.

Tramp Baydeni və onun vitse-prezident postuna namizədi Kamala Harrisi “ağılsız sosialist siyasəti” yürütmək cəhdində suçlayıb, xəbərdarlıq edib ki, 2020-ci il seçkisi indiyədək “ən təhlükəli” səsvermə olacaq.

“Bu seçkini ancaq o halda uduza bilərik ki, seçki saxtalaşdırılsın”, – Tramp vurğulayıb.

Respublikaçılar avqustun 24-27-də qurultay keçirərək Trampı ikinci dönəm prezidentliyə namizəd göstərəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Belarusun nümayişçiləri dəstəkləyən səfiri istefa verib

Sonrakı məqalə

Tramp Ərdoğanı, Putini, Tzinpini və Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırıb