Tramp Ərdoğanı, Putini, Tzinpini və Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırıb

ABŞ Prezidenti Donald Tramp Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin, Si Tzinpin və Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırıb.

APA-nın məlumatına görə, D. Tramp Viskonsin ştatında keçirdiyi görüşdə Türkiyə, Rusiya, Çin və Şimali Koreya liderlərinin “dünya səviyyəli şahmatçı” olduğunu deyərək, rəqibi, demokratların namizədi olan Co Baydenin bu liderlərlə rəqabət apara bilməyəcəyini bildirib.

“Mən bir şeyi anladım ki, Ərdoğan, Putin, Tsinpin və Kim Çen In “dünya səviyyəli şahmatçı”dırlar”, – deyə ABŞ lideri vurğulayıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ-da Demokrat Partiyasının onlayn qurultayı başlanıb

Sonrakı məqalə

Astarada narkotacir polisi bıçaqladı