ABŞ-da erməni cinayətkar şəbəkəsi ifşa edildi- 30 milyon dollarlıq fırıldaq

Erməni
Erməni

“Fox News” telekanalı Los-Ancelesdə fəaliyyət göstərən erməni cinayətkar dəstənin ifşasına dair eksklüziv görüntülər yayımlayıb.

Milli.Az xəbər verir ki, ABŞ hökumətinin COVID-19 pandemiyası dövründə aztəminatlı şəxslər və kiçik bizneslər üçün ayırdığı milyonlarla dolları mənimsəməyə cəhd edən 14 nəfərlik dəstə barəsində araşdırma aparılır.

ABŞ Daxili Təhlükəsizlik Departamentinin (DHS) yaydığı məlumatda qeyd olunur ki, saxlanılan şəxslərdən biri – “Uilyam Makqreyan” təxəllüsü ilə tanınan şəxs Los-Ancelesdəki evində həbs edilib. O, transmilli cinayətkar şəbəkənin əsas təşkilatçısı hesab olunur.

İstintaq zamanı məlum olub ki, dəstə üzvləri saxta sənədlər əsasında fiktiv şirkətlər yaradaraq dövlətin ayırdığı vəsaitləri mənimsəyiblər. Pulun bir hissəsi lüks əmlak və əşyaların alınmasına yönəldilib, qalan hissəsi isə Ermənistana köçürülüb, bu da vəsaitin izlənməsini çətinləşdirib.

Cinayətkarlar ümumilikdə 47 milyon dollar tələb ediblər, onun 30 milyon dollarını isə ələ keçirdikləri bildirilir. Onlara qarşı bank fırıldaqları, çirkli pulların yuyulması və saxta sənədlərlə sövdələşmə kimi ittihamlar irəli sürülüb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.