Kanadada ermənilər azərbaycanlılara hücum edib –Xəsarət alanlar var, maşınlar yararsız hala salınıb (FOTO)

Ermənilərin Kanadada yaşayan həmvətənlərimizə qarşı təxribatı davam edir.

Kanadanın ən böyük şəhərlərindən biri olan Torontonun “North York” bölgəsində 7 nəfər erməni 2 həmvətənimizə hücum edərək soydaşlarımıza soyuq silahlarla xəsarət yetiriblər. Bununla yanaşı, soydaşlarımızın avtomobilləri də yararsız hala salınıb.

Şahidlərinin sözlərinə görə, ermənilərdə silah, kəsici alət və dəyənək olub. Hadisə ilə əlaqədar Toronto polisi əraziyə cəlb edilib, araşdırma aparılır. (Report)

**

Kanadada, Totontonun azərbaycanlılar çox yaşayan North York bölgəsində ermənilər həmyerlilərimizin maşınlarını əziblər. Sonra bir neçə azərbaycanlıya xəsarət yetiriblər.

Hadisə yerinə yüzlərlə azərbaycanlı toplaşıb. Bundan sonra ermənilər qaçıblar.

Torontoda yaşayan azərbaycanlı jurnalist, GLOBAL JOURNALİSM COUNCİL-in Kanada təmsilçisi Lalə Musaqızının verdiyi məlumata görə, artıq Kanada polisi hadisə yerindədir. Ermənilər saxlanılıb. Hadisə baş verən yerlə qırmızı lentlə bağlanılıb. Azərbaycan diaspor nümayəndələri elə bu saatlarda məsələnin hüquqi həlli üçün fəaliyətə başlayıblar.

Lalə Musaqızı bildirib ki, Kanada hüququn aliliyi təmin edilən ölkədir. Azərbaycanlılar öz hüquqlarını müdafiə edəcəklər. Mütləq erməni cinayətkarlar cəzalarını alacaq. (Modern.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada koronavirusa yoluxanların sayı 18 milyonu keçdi

Sonrakı məqalə

“Heydər Əliyev, İlham Əliyev və Murtuz Ələsgərov bu sözü deyənin başına bir oyun açdılar, gəl görəsən…” –