ABŞ-da Kapitoli binasına hücumla bağlı 100-dək cinayət işi başlanılıb

Yanvarın 6-da ABŞ paytaxtındakı Kapitoli binasına edilmiş hücumla əlaqədar 100-dək cinayət işi başlanılıb.

“RİA Novosti” xəbər verir ki, bunu ABŞ-ın federal prokuroru vəzifəsini icra edən Maykl Şervin insidentlə bağlı başlanılmış istintaq araşdırmalarından danışarkən qeyd edib.

“98 cinayət işimiz var, bunların əksəriyyəti ağır cinayətlərdə ittiham olunma üzrə federal işlər və 275 açıq işlərdir. Odur ki, günün sonuna qədər bu işlərin sayı 300-dən çox olacaq”, – Şervin belə deyib.

Öz növbədinfə FTB nümayəndəsi Stiven Dantuno bildirib ki, iğtişaşla bağlı 100-dən çox adam saxlanılıb, 270-dən çox şübhəli müəyyən edilib.

Konqres binasına hücumla bağlı istintaq araşdırmasına Rassel Onorey rəhbərlik edəcək. Bunu ABŞ Konqresinin spikeri Nensi Pelosi jurnalistlərə bildirib. Onun sözlərinə görə, təqaüddə olan general-leytenant bütün Kapitoli kompleksinin təhlükəsizlik infrastrukturunu, qurumlararası qarşılıqlı fəaliyyətini və idarəetmə sistemlərini diqqətlə təhlil edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda 5,5 maqnitudalı zəlzələ olub

Sonrakı məqalə

Yanvarın 18-də Rusiyada koronavirusa qarşı kütləvi peyvənd başlanacaq