ABŞ-da koronavirusa yoluxanların sayı 70 milyonu ötüb

ABŞ-da ötən sutka ərzində COVID-19 infeksiyasına 692 min 320 yoluxma qeydə alınıb və bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 70 milyon nəfəri keçib.

Pandemiyanın statistikasını aparan Worldometer portalı xəbər verir ki, ötən gün Birləşmiş Ştatlarda koronavirusdan 2 min 700 nəfər həyatını itirib. Ölkədə COVID-19 infeksiyası səbəbindən ölənlərin ümumi sayı 883 min 903 nəfərə çatıb, 44 milyondan çox insan isə sağalıb.

ABŞ pandemiyanın əvvəlindən başlayaraq, həm yoluxanların, həm də ölənlərin sayına görə dünyada ilk yerdə gedir.

Qeyd edək ki, 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Son məlumata görə, dünyada virusa yoluxanların sayı 343 milyon 387 min nəfəri ötüb, ölənlərin sayı 5 milyon 593 min 935 nəfərə çatıb, 276 milyon 462 min nəfər sağalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Delimitasiya üzrə Komissiyanın formalaşdırılmasına tez başlamaq lazımdır” –

Sonrakı məqalə

Cenevrədə Lavrov-Blinken görüşü başlayıb