ABŞ-da polis şəhərdə gəzən pələngi bir həftə sonra tuta bilib –

VİDEO
17 May 2021 - 09:26

ABŞ-ın Hyuston şəhərində insanları qorxudan pələng nəhayət bir həftə sonra tapılıb.

Bu barədə “NBC News” xəbər verib.

Məlumata görə, doqquz aylıq olduğu bildirilən heyvan şəhərin düz mərkəzində görülmüşdü.

Həmin vaxt şerif köməkçisi həyəcanlanaraq onu güllələmək istəmiş, ancaq sonradan pələngin sahibi olduğu iddia edilən Viktor Uqo Kuevas adlı şəxs heyvanı qaçırmışdı.

Kuevasın vəkili onun heyvanın sahibi olduğu barədə iddiaları rədd edib. Bununla belə, kişi vəhşi heyvanı gizlətdiyi üçün həbs olunub.

Texas qanunlarına görə, insanlar pələng və digər “təhlükəli vəhşi heyvan saxlaya bilərlər”, ancaq o, qeydiyyatdan keçirilməli və qəfəsdə saxlanılmalıdır.

https://twitter.com/houstonpolice/status/1393738103425208323