Prokuror Baydenin oğlunu narkotacirlərlə əlaqədə ittiham edib

Delaver ştatının məhkəmə prokuroru bildirib ki, ABŞ prezidentinin oğlu Hanter Bayden narkotik vasitələrin fotolarını narkotik alverçilərinə göndərib.

Azpost.info bildirir ki, bu barədə çərşənbə axşamı CNN məlumat yayıb.

Onun sözlərinə görə, Hanter Kaliforniyadakı narkotik satıcıları ilə narkotiklərin fotoşəkillərini mübadilə edib. Həmçinin məhkəmə zamanı andlı iclasçılara Hanter Baydenin elektron cihazlarından başqa videolar da nümayiş etdirilib, onlardan birində “tərəzidə ağ maddə” göstərilib.

Prokurorların sözlərinə görə, Amerika liderinin oğlu 2018-ci ilin payızında kartdan 150 min dollardan çox pul çıxarıb.

Hanter Baydenin silah saxlaması ilə bağlı təhqiqat 2018-ci ildə başlayıb. O zaman onun narkotik vasitələrdən istifadə etdiyi və həmin dövrdə revolver tapançaya sahib olduğu məlum oldu. Amerika qanunları narkotikdən istifadə edən və ya saxlayan insanlara silah almağı və ya saxlamağı qadağan edir.

2023-cü ilin sentyabrında Delaver ştatında böyük andlılar heyəti ABŞ prokurorlarının Baydeni silah saxlamaqla bağlı üç cinayətdə ittiham etdiyini təsdiqləyib. Hər iki cinayət 2018-ci ildə Colt Cobra revolverini alarkən narkotik qəbul etmədiyini yazılı şəkildə yalan söyləməsi ilə bağlıdır. Üçüncüsü, narkomanların odlu silaha sahib olmasını qadağan edən qanunun pozulmasını nəzərdə tutur. İttihamların cəminə əsasən, Bayden 25 ilə qədər həbslə üzləşə bilər: iki maddə üzrə maksimum 10 il həbs cəzası və 250.000 dollar cərimə, üçüncüsü isə maksimum 5 il həbs cəzası və 250.000 dollar cərimə nəzərdə tutur.

The New York Times qeyd edir ki, Hanter Baydenin faktiki həbs cəzasına məhkum ediləcəyi ehtimalı azdır, çünki cinayət zorakılıq xarakteri daşımır və müttəhim əvvəllər silah pozuntusuna görə mühakimə olunmayıb.

Əvvəlki məqalə

Azərbaycanla imzalanmlş müqavilələr Türkiyə parlamentinin müzakirəsinə verilib

Sonrakı məqalə

Məhkəmə 38 yaşlı kişinin Jirinovskinin oğlu olduğunu təsdiq edib